Azərbaycan hökuməti gələn il dövlət büdcəsindən xarici ölkələrə 33 milyon manat yardım ayırmağı planlaşdırır.
Bu barədə Yurd.Media-ya Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu illə müqayisədə xarici yardımlar 73,7% artırılıb. Bu istiqamətdə xərcləmələr büdcə xərclərinin 0,1%-ni təşkil edəcək.