SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Beton İstehsalı Dövlət Müəssisəsi fəaliyyətini dayandırdı

Beton İstehsalı Dövlət Müəssisəsi fəaliyyətini dayandırdı

  • 18 noyabr 2026, 11:46

Baş Məşğulluq İdarəsi nəzdində fəaliyyət göstərən “Monolit” Beton İstehsalı Dövlət Müəssisəsi fəaliyyətini dayandırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, müəssisə noyabrın ortasında işini dayandırıb.

Qeyd edək ki, 2004-cü ildə yaradılan “Monolit” Beton İstehsalı Dövlət Müəssisəsinin nizamnamə kapitalı 25,6 min manatdır. Müəssisənin direktoru İlqar Şükürovdur.

Müəssisə beton istehsalı sahəsində fəaliyyət göstərmək məqsədilə yaradılıb.

Xatırladaq ki, 2016-cı ildə Dövlət Məşğulluq Xidmətinin “Monolit” istehsal müəssisəsi özəlləşdirilmək üçün hərraca çıxarılan dövlət müəssisələrinin siyahısına daxil edilib.

Skat.az - Ev və Avtomobil elanları