"Gəncə Şərab-1"də yeni idarəetmə formalaşdırılacaq.
Yurd.Media xəbər verir ki, "Gəncə Şərab-1" Açıq Səhmdar Cəmiyyəti (ASC) dekabrın 17-də cəmiyyətin növbədənkənar iclasını keçirəcək.
İclasda ASC-də yeni idarəetmənin formalaşdırılması və idarəetmədə səlahiyyətlərin müəyyən edilməsi müzakirə ediləcək.
Həmçinin şirkətin firma adında dəyişiklik edilməsi və ASC-nin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi də qırara alınacaq.
Diqqət çəkən məqamlardan biri də odur ki, iclasda "Gəncə Şərab-1"in artan vergi, DSMF və sair borclarının ödənilməsi üçün çıxış yollarının müzakirə olunması da planlaşdırılır. Qeyd edək ki, şirkətin dövlət qarşısında 33,5 min vergi borcu yaranıb.
Səhmdarların ümumi yığıncağını ASC-nin əsas səhmdarı olan Mirabbas Məmmədovun adından onun səlahiyyətli nümayəndəsi, qardaşı Mirməhəmməd Məmmədov çağırıb.