Aparıcı mühəndislik, istehsalat və tikinti şirkəti olan “AZFEN”də yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Xətai Hüseynov “AZFEN” MMC-də “Şahdəniz Kompressiya” layihəsi üzrə Elektrik və cihazlar (E&I) departamentinin müdir müavini vəzifəsinə təyin olunub.
O, bundan əvvəl “INTEC Energy Solutions” şirkətində Elektrik departamentinin rəhbəri vəzifəsində çalışıb.
Xatırladaq ki, “Azfen” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 277 min manatdır. Şirkətin səhmlərinin 60 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 40 %-i isə Türkiyənin “Tekfen İnşaat və Təsisat Anonim Şirkəti”nə məxsusdur.
Xətai Hüseynov