SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Sabirabad şirkətinin 1 milyon manat vergi borcu yarandı

Sabirabad şirkətinin 1 milyon manat vergi borcu yarandı

  • 18 noyabr 2026, 23:31
Sabirabad

Dövlət qurumlarından milyonlarla manatlıq sifarişlər alan “Muğansutikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə böyük məbləğdə vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 998,8 min manat təşkil edir.

Qeyd edək ki, Sabirabad rayonunun Qalağayın kəndində qeydiyyatda olan “Muğansutikinti” MMC-nin nizamnamə kapitalı 597,2 min manatdır. Şirkətin direktoru Mirqəfər Talıbovdur.

MMC 2024-cü ilin dekabrında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti ilə 235 milyon manatlıq müqavilə imzalayıb.

Müqavilə Yuxarı Şirvan kanalının yenidən qurulmasının II mərhələsi üzrə işləri əhatə edib.

Həmin il şirkət Ağdaş–Zərdab yolu ilə kəsişmədə qəzalı vəziyyətdə olan suötürücü qurğunun təmiri üzrə 620 min manatlıq tenderin də qalibi olub.

Bundan başqa, 2020-ci ildə “Muğansutikinti” MMC-nin Qaragüney Tikinti Filialı Araz çayının yeni qolundan suvarılacaq torpaq sahələrinə suyun verilməsi layihəsi üzrə 4,8 milyon manatlıq dövlət sifarişi alıb.

Qeyd edək ki, müəssisə əvvəllər “Azərsutikinti” ASC-nin törəmə müəssisəsi olub. 2018-ci ildə investisiya müsabiqəsi əsasında özəlləşdirilən müəssisə 2019-cu ildə açıq səhmdar cəmiyyətindən məhdud məsuliyyətli cəmiyyətə çevrilib.

Skat.az - Ev və Avtomobil elanları