Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “İri Şəhərlərin Su Təchizatı” QSC-nin dövlətə vergi borcu artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, qurumun vergi borcu 29 milyon manat təşkil edir. Son həftələrdə şirkətin vergi borcu 2,5 milyon manat və ya 10 %-ə yaxın artıb.
Qeyd edək ki, “İri Şəhərlərin Su Təchizatı” QSC 2026-cı ilin fevralında Prezidentin fərmanı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin yenidən təşkili nəticəsində yaradılıb.
Dövlətə məxsus şirkət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində su təchizatı, yağış və tullantı sularının idarə olunması xidmətlərini həyata keçirir.
2026-cı ilin oktyabrında qurumun icraçı direktoru vəzifəsinə Arif Mərdanov təyin edilib.