SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Ayaqqabı altlıqları istehsalçısı “Elmanado”  800 min manata yaxın borclandı

Ayaqqabı altlıqları istehsalçısı “Elmanado” 800 min manata yaxın borclandı

  • 21 noyabr 2026, 18:55

Ayaqqabı altlıqlarının istehsalı ilə məşğul olan “Elmanado” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlətə böyük məbləğdə vergi borcu var.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 797,5 min manat təşkil edir.

Qeyd edək ki, 2017-ci ildə dövlət qeydiyyatına alınan “Elmanado” MMC-nin nizamnamə kapitalı 500 manatdır. Şirkətin direktoru Elməddin Tağıyevdir.

Ötən il şirkət iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu üzrə məhkəməyə verilmişdi.  

Skat.az - Ev və Avtomobil elanları