Azərbaycanın qida sənayesi müəssisəsinə yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Sarı İsmayılov "ATS Food" MMC-də Dondurulmuş qida məhsulları layihəsi üzrə satış rəhbəri vəzifəsinə təyin olunub.
O, yeni vəzifəsində dondurulmuş qida məhsulları layihəsinin satış fəaliyyətinə rəhbərlik edəcək, satış strategiyalarının hazırlanması və həyata keçirilməsi, satış komandasının formalaşdırılması və idarə olunması, distribusiya kanallarının qurulması, bazar əhatəsinin genişləndirilməsi, əsas müştərilərlə əlaqələrin və strateji tərəfdaşlıqların idarə edilməsi ilə məşğul olacaq.
O, bundan əvvəl 2025-ci ilin sentyabrından 2026-cı ilin noyabrınadək “Tac Food” MMC-də kommersiya direktoru vəzifəsində çalışıb.
Sarı İsmayılov daha əvvəllər “Azərsun Holdinq”də Regional Satış departamentinin rəhbəri, “Agrotrade Supply” MMC-də B2B və Regional Satış rəhbəri, “Delta Group C.O.” MMC-də regional satış menecerinin müavini vəzifəsində çalışıb.
ATS Food MMC 1999-cu ildə təsis edilmiş və əsas istehsalat bazası Sumqayıtda yerləşən Azərbaycanın qida sənayesi müəssisəsidir. Şirkət un, çörək-bulka, qənnadı və makaron məhsullarının istehsalı ilə məşğuldur.
Sarı İsmayılov