“Abşeron Kərpic İstehsalı” MMC-nin dövlətə vergi borcu artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 200 min 692 manat təşkil edir. Halbuki 2026-cı ilin sentyabrında bu məbləğ 157,3 min manat olub. Beləliklə, son iki ayda vergi borcu 43,4 min manat və ya 27,6% artıb.
2015-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 9 milyon 513,5 min manatdır. Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olan şirkətin direktoru Vasif Bəşirovdur.
“Abşeron Kərpic İstehsalı” MMC əvvəllər “Abşeron Kərpic” MMC adı ilə fəaliyyət göstərib. Şirkət 2023-cü ildə adını dəyişib. Həmin dövrdə rəhbər vəzifəsinə Zakir Zeynallı təyin olunub. Ondan əvvəl şirkətə Tapdıq Osmanov rəhbərlik edib.