Kənd Təsərrüfatı Nazirliyində təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Vüsal Mirzəyev Heyvandarlıq və balıqçılıq siyasəti şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb.
Vüsal Mirzəyev yeni təyinata qədər Azərbaycan Dövlət Aqrar Universitetində “Heyvandarlıq məhsullarının istehsalı texnologiyası” kafedrasında müəllim işləyib.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü V.Mirzəyev 2007 ildə ADAU-nun Zoomühəndislik fakültəsini zootexniklik ixtisasının bakalvariat səviyyəsini bitirib. 2011-ildə ADAU-nun Zoomühəndislik fakültəsini zootexniklik ixtisasının magistratura səviyyəsini bitirib.
2016-cı ildə fəlsəfə doktoru proqramı üzrə dissertasiya işini müdafiə edib və aqrar elmlər üzrə fəlsəfə dərəcəsi alıb.
O, 2008-2013 illərdə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnsitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.
2013-2016 - cı illərdə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsində elm, elmi-texniki əlaqələndirmə, aqrar islahatlar, texniki siyasət, emal məsələləri və servis xidmətləri üzrə baş məsləhətçi vəzifəsində çalışıb.
2016-cı ildə Göygöl rayon Kənd Təsərrüfatı İdarəsində heyvandarlıq sektorunda məsləhətçi vəzifəsində, 2017-2018- ci illərdə Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb.
2019-2020 – ci illərdə ”Prior Leasing“ASC – də məsləhətçi (xidməti müqavilə) vəzifəsində çalışıb.
2018-2020 – ci iilərdə Azərbaycan Sənaye Korporasiyası Heyvandarlıq MMC – də direktor müavini vəzifəsində çalışıb.
2020-dən “Şirvan aqro” MMC – də zootexnik vəzifəsində işləyib.
40-dan çox məqalənin, dərs vəsaiti və çox sayda tədris proqramlarının müəllifi və həmmüəlifidir
Vüsal Mirzəyev