Cəlilabad rayonunda qeyri-adi təbiət hadisəsi müşahidə edilib.
Yurd.Media xəbər verir ki, hadisə rayon sakini Atamalı Əliyevin təsərrüfatında qeydə alınıb.
Belə ki, gilas ağacı yenidən çiçək açıb.
Təsərrüfat sahibinin sözlərinə görə, o, ilk dəfədir ki, belə halla qarşılaşır.
Mütəxəssislər bildirib ki, meyvə ağaclarının payız fəslində yenidən çiçəkləməsi hava şəraitindəki dəyişikliklərlə əlaqəli ola bilər. Payız aylarında havanın temperaturunun yüksəlməsi, isti günlərin davam etməsi və temperaturun kəskin dəyişməsi ağacın inkişaf dövrünə təsir göstərə bilər.