SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Nazirliyə məxsus qurumdan çıxdı, kənd təsərrüfatı şirkətində yüksək vəzifə aldı

Nazirliyə məxsus qurumdan çıxdı, kənd təsərrüfatı şirkətində yüksək vəzifə aldı

  • 26 oktyabr 2026, 19:27

Azərbaycanda kənd təsərrüfatı və aqrar təchizat sahəsində fəaliyyət göstərən “Agricola.az” şirkətində rəhbər vəzifəyə təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Vüsal Tağıyev “Agricola.az” şirkətində baş kommersiya direktoru və baş direktorun müavini vəzifəsinə təyin olunub. 

O, 2026-cı ilin sentyabr ayından etibarən yeni vəzifəsində fəaliyyət göstərir.

Vüsal Tağıyev bu təyinatadək “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-də çalışıb. O, 2024-cü ilin iyul ayından 2025-ci ilin noyabr ayınadək şirkətdə satış koordinatoru, 2025-ci ilin noyabr ayından 2026-cı ilin yanvar ayınadək şöbə müdirinin müavini və şöbə müdiri, 2026-cı ilin fevral ayından sentyabr ayınadək isə həmin şirkətdə şöbə müdiri vəzifələrini icra edib.kimi fəaliyyət göstərib.

Bundan əvvəl Tağıyev 2019-cu ilin iyul ayından 2024-cü ilin iyul ayınadək “Aqroservis” Açıq Səhmdar Cəmiyyətində şöbə müdiri vəzifəsində çalışıb.

Onun əvvəlki iş təcrübəsinə “Agroleasing” ASC-dəki fəaliyyəti də daxildir. Vüsal Tağıyev 2017-ci ilin mart ayından 2019-cu ilin iyul ayınadək şöbə müdirinin müavini, 2016-cı ilin mart ayından 2017-ci ilin mart ayınadək şöbə müdirinin səlahiyyətlərini icra edən şəxs, 2011-ci ilin iyul ayından 2017-ci ilin mart ayınadək isə baş mütəxəssis vəzifələrində işləyib.

Tağıyev əmək fəaliyyətinə “McDonald’s” restoranlar şəbəkəsində başlayıb. O, 2006-cı ilin iyul ayından 2007-ci ilin yanvar ayınadək burada komanda üzvü, 2007-ci ilin yanvar ayından oktyabr ayınadək isə təlimçi vəzifəsində çalışıb.

Qeyd edək ki, “Agricola.az” MMC Azərbaycanda kənd təsərrüfatı və aqrar təchizat sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətin əsas fəaliyyəti fermerləri gübrə, toxum və bitki mühafizə vasitələri ilə təmin etməkdir.

Vüsal TağıyevVüsal Tağıyev

Skat.az - Ev və Avtomobil elanları