SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Agentliyə gələndən 9 ay sonra şöbə müdiri təyin edildi

Agentliyə gələndən 9 ay sonra şöbə müdiri təyin edildi

  • 28 sentyabr 2026, 15:37

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Gülnur Heydərova AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Agentlik sədri Sərdar Hacıyev əmr imzalayıb.

Qeyd edək ki, ötən ilin dekabrından AXA-da çalışan G.Heydərova yeni təyinata qədər Laboratoriyaların idarə olunması və keyfiyyətə nəzarət üzrə Baş mütəxəssis vəzifəsində işləyib.

2018-2025-ci illərdə isə, o, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda fəaliyyət göstərib.

Gülnur HeydərovaGülnur Heydərova

Skat.az - Ev və Avtomobil elanları