Heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə peyvənd ehtiyatlarının artırılması üçün yeni satınalma həyata keçiriləcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi üçün peyvəndlərin satınalınması ilə əlaqədar hazırlıqlara başlayıb.
Belə ki, heyvanlarda qarayara və infeksion nodulyar dermatit xəstəliklərinə qarşı peyvənd vasitələrinin satın alınması nəzərdə tutulub.
Sözügedən alqı-satqıya 3 milyon manat vəsait sərf olunacağı proqnozlaşdırılıb.