SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Su çatışmazlığı yaşayan bölgələr açıqlanıb - SİYAHI

Su çatışmazlığı yaşayan bölgələr açıqlanıb - SİYAHI

  • 30 iyul 2026, 21:14

Ölkədə su çatışmazılığından ən çox əziyyət çəkən bölgələr məlum olub.

Yurd.Media "Modern.az"a istinadən xəbər verir ki, yay aylarında suvarma suyu ilə bağlı fermerlərdən daxil olan müraciətlər və ən çox şikayət edilən rayonların siyahısı açıqlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Ramin Qurban bildirib ki, cari ilin iyun və iyul aylarına olan göstəricilərə əsasən, su təminatındakı çətinliklər daha kəskin xarakter alıb.

Nazirlik rəsmisinin sözlərinə görə, müraciətlər əsasən Sabirabad, Ağcabədi, Saatlı, Biləsuvar, Salyan, Zərdab, Neftçala, İmişli və Bərdə rayonlarında müşahidə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin Aparatına və Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin statistikasına əsasən, suvarma suyu çatışmazlığından əziyyət çəkən rayonların ilk 10-luğu aşağıdakı kimidir:
1. Sabirabad – 40 müraciət
2. Ağcabədi – 36 müraciət
3. Saatlı – 26 müraciət
4. Biləsuvar – 25 müraciət
5. Salyan – 16 müraciət
6. Zərdab – 14 müraciət
7. Neftçala və İmişli – hər birindən 12 müraciət
8. Bərdə – 7 müraciət
9. Ucar, Şəmkir və Füzuli – hər birindən 6 müraciət
10. Kürdəmir – 5 müraciət

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları