SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Vahid Ələkbərovun bankının borcları 28 milyon manatı ötdü

Vahid Ələkbərovun bankının borcları 28 milyon manatı ötdü

  • 06 iyul 2026, 14:07

Rusiyadan olan milyarder Vahid Ələkbərova məxsus “Yelo Bank"ın borclarının məbləği açıqlanıb.

Yurd.Media "Valyuta.az"a istinadən xəbər verir ki, "Yelo Bank"ın 2025-ci il üzrə maliyyə hesabatına əsasən, 31 dekabr 2025-ci il tarixinə subordinasiya borcları 28 milyon 179 min manat təşkil edib.

Bu göstərici 2024-cü il dekabrın 31-nə olan 27 milyon 478 min manatla müqayisədə 701 min manat və ya 2,6% artıb.

Hesabat dövründə bankın cəmi borc alınmış vəsaitləri də yüksəlib. Belə ki, 31 dekabr 2025-ci il tarixinə bu göstərici 145 milyon 126 min manat olub. Halbuki, 2024-cü il dekabrın 31-nə cəmi borc alınmış vəsaitlər 113 milyon 229 min manat təşkil edirdi. Nəticədə, bankın cəmi borc alınmış vəsaitləri illik müqayisədə 31 milyon 897 min manat və ya 28,2% artıb.

Borc alınmış vəsaitlər və subordinasiya borcları2025, 31 dekabr (min manat)2024, 31 dekabr (min manat)
Subordinasiya borcları28,17927,478
Borc alınmış vəsaitlər  
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu89,34577,373
Azərbaycan Biznesinin İnkişafı Fondu51,85531,469

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında

Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

3,9264,387
Cəmi borc alınmış vəsaitlər145,126113,229
Cəmi borc alınmış vəsaitlər və subordinasiya borcları173,305140,707
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları