Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş “Naxçıvan Telekom” MMC-nin vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 10,9 min manat təşkil edir.
Qeyd edək ki, 2025-ci ilin dekabrında “Naxçıvan Telekom”, “Naxçıvanpoçt” MMC-lər və Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi birləşdirilərək onların əsasında “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılıb.
Yeni qurum əvvəlki müəssisələrin hüquqi varisidir.
Şirkətin nizamnamə kapitalı 24 milyon 490 min 107 manatdır. Qanuni təmsilçisi Atabəy Məmmədlidir.