“Səlimoğlu İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən “Səlimoğlu İnşaat” MMC-də yoxlama aparılıb.
Məlum olub ki, MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditini aparmayıb.
Bu səbəbdən “Səlimoğlu inşaat” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “Səlimoğlu inşaat” MMC 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Səlimoğlu inşaat” MMC 2023-cü ildən fəaliyyət göstərir. Tural Musayevin direktoru olduğu şirkətin hazırda dövlətə 41,6 min manat vergi borcu var.