SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Nigar Təbrizli “Mətanət A”da direktor təyin olunub

Nigar Təbrizli “Mətanət A”da direktor təyin olunub

  • 23 noyabr 2026, 18:14

“Mətanət A” Şirkətlər Qrupunda yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Nigar Təbrizli “Mətanət A” Şirkətlər Qrupunda Təchizat zənciri üzrə direktor vəzifəsinə təyin olunub.

O, bundan əvvəl 2026-cı ilin iyulundan noyabr ayınadək həmin şirkətdə Satınalma və logistika üzrə direktor, 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək Logistika departamentinin direktoru, 2025-ci ilin iyunundan avqust ayınadək isə Logistika qrupunun rəhbəri vəzifələrində çalışıb.

Nigar Təbrizli 2024-cü ilin dekabrından 2025-ci ilin iyun ayınadək “Abşeron Logistika Mərkəzi”ndə sorğuların idarə edilməsi üzrə qrup rəhbəri, həmin ilin fevralından dekabr ayınadək isə logistika mütəxəssisi olub.

O, 2023-cü ilin oktyabrından 2024-cü ilin fevralınadək “Allyn International” şirkətində logistika mütəxəssisi, 2022-ci ilin iyunundan 2023-cü ilin oktyabrınadək “ACE Forwarding Ltd”də əsas müştərilərlə iş üzrə menecer köməkçisi vəzifəsində çalışıb.

Nigar Təbrizli 2019-cu ilin noyabrından 2022-ci ilin iyun ayınadək “ACE Forwarding”də “Halliburton”, “Equinor” və “Baker Hughes” layihələri üzrə əsas müştərilərlə iş üzrə nəzarətçi, 2018-ci ilin yanvarından 2019-cu ilin noyabrınadək “Halliburton” və “Equinor” layihələri üzrə yerüstü əməliyyatların koordinatoru, 2017-ci ilin aprelindən 2018-ci ilin fevralınadək isə “BP/DHL” layihəsi üzrə hava yükdaşımaları koordinatoru olub.

O, əmək fəaliyyətinə 2017-ci ilin yanvar-aprel aylarında “WebCoder Agency”də ofis meneceri kimi başlayıb.

Skat.az - Ev və Avtomobil elanları