SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Maliyyə Nazirliyi qida idxalçısını cərimələdi

Maliyyə Nazirliyi qida idxalçısını cərimələdi

  • 24 noyabr 2026, 11:15

“Universal – SVS” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsi tərəfindən “Universal – SVS” MMC ilə bağlı yoxlama aparılıb. 

Məlum olub ki, “Universal – SVS” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb. 

“Universal – SVS” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Universal – SVS” MMC 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, Bakıda yerləşən, qida məhsullarının idxalı, topdan və pərakəndə distribusiyası ilə məşğul olan "Universal-SVS" MMC 2022-ci ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 100 manat olan şirkətin direktoru Vahab Dövlətovdur.

Skat.az - Ev və Avtomobil elanları