SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Məhkəmə “Su İdman Sarayı”nı CƏRİMƏLƏDİ

Məhkəmə “Su İdman Sarayı”nı CƏRİMƏLƏDİ

  • 25 noyabr 2026, 10:46
Bakı

“Su İdman Sarayı” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin apardığı yoxlama zamanı “Su İdman Sarayı” MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditinin aparılmadığı məlum olub. 

“Su İdman Sarayı” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə “Su İdman Sarayı” MMC 1500 manat məbləğində cərimə edilib.

Skat.az - Ev və Avtomobil elanları