Azərbaycanın iri şərab istehsalçılarından olan “Gəncə Şərab-2” ASC-nin dövlətə vergi borcu artıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu bu ay ərzində 2 dəfə artaraq 1,23 milyon manata çatıb.
Gəncə şəhərində fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 62,6 milyon manatdır, direktoru Sabit Nəbiyevdir.
2025-ci ilin iyununda “Gəncə Şərab-2” ASC-də keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə yayılan məlumatda şirkətə 461,9 min manat əlavə vergi hesablandığı və 290,1 min manat maliyyə sanksiyası tətbiq edildiyi bildirilirdi. Həmin dövrdə müəssisənin ümumi vergi borcu 1,6 milyon manatı ötürdü.
“Gəncə Şərab-2” ASC şərab, konyak və digər alkoqollu içkilərin istehsalı ilə məşğuldur. Müəssisənin məhsulları xarici bazarlara da ixrac olunur.