“Gilan Qəbələ Aqrotexservis” il sonunda torpaq sahəsi ilə bağlı qərar verəcək.
Yurd.Media xəbər verir ki, dekabrın 28-də, saat 11:00-da “Gilan Qəbələ Aqrotexservis” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Səhmdar cəmiyyəti bununla bağlı rəsmi mətbuatda elan verib.
Elanda deyilir ki, yığıncaq Qəbələ rayonunun Hacallı kəndində - müəssisənin inzibati binasında olacaq. Yığıncaqda şirkətə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqi vəziyyətin tənzimlənməsi və müvafiq qərar qəbul edilməsi, eləcə də cari məsələlərin müzakirə edilməsi gözlənilir.