Səki daşları və beton məmulatlarının istehsalı ilə məşğul olan “Vibrostone” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dövlətə külli miqdarda vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 342,2 min manat təşkil edir.
2013-cü ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 2 500 manatdır. Qanuni təmsilçisi Nüsrət Dəmirovdur.
Qeyd edək ki, “Vibrostone” QSC Azərbaycanda fəaliyyət göstərən tamet (səki döşəmə) daşları, bardyurlar və müxtəlif beton məmulatları istehsal edən zavoddur. Şirkət öz istehsalında Almaniyanın "HESS Machinefabrik GmbH & Co" şirkətinin texnologiyasını və avtomatlaşdırılmış avadanlıqlarını tətbiq edir. Nizamnamə kapitalı 2500 manat olan şirkətin direktoru Nüsrət Dəmirovdur.
Xatırladaq ki, “Vibrostone” QSC 2026-cı ilin sentyabrında xarici valyuta əməliyyatları ilə bağlı qanunvericiliyin tələblərini pozduğuna görə 4 400 avro məbləğində cərimələnib. Şirkət 2024-cü ildə xaricə köçürdüyü 22 min avro müqabilində malları qanunvericiliklə müəyyən edilmiş müddətdə ölkəyə idxal etməyib və həmin vəsaiti geri qaytarmayıb.