SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
“Temu”dakı qiymətlərlə bağlı Azərbaycanda araşdırma aparılır

“Temu”dakı qiymətlərlə bağlı Azərbaycanda araşdırma aparılır

  • 25 noyabr 2026, 22:07

 “Temu”dakı qiymətlərlə bağlı dövlət araşdırması aparıldı. 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin “Temu” elektron ticarət platformasının fəaliyyəti ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə apardığı araşdırma yekunlaşıb.

Agentlikdən Yurd.Media-ya bildirilib ki, araşdırma “PDD Holdings” şirkətinin “Temu” elektron ticarət platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı aparılıb.

Araşdırma Azərbaycanın Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında həyata keçirilib.

Yekunda rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib. Rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması barədə məsələyə baxılması üçün rəqabət komissiyasının yaradılması haqda qərar qəbul edilib.

Hazırda işə baxılması davam edir.

Skat.az - Ev və Avtomobil elanları