“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ayrılan dövlət investisiyalarının (seçmə qaydada) auditinin nəticələrinə dair Auditor hesabatı” hazırlanıb.
Bu barədə Yurd.Media-ya Hesablama Palatasından bildirilib.
Məlumata görə, sənəd Palatanın sədri Vüqar Gülmməmədovun sədrliyi ilə keçirilmiş kollegiya iclasında müzakirə edilib. Hesabatı auditor Vüqar İbrahimov təqdim edib.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsinə dair qərar qəbul olunub.
Dövlət Agentliyinə Zaur Mikayılov rəhbərlik edir.