SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
SOCAR-a yeni departament rəhbəri təyin olundu

SOCAR-a yeni departament rəhbəri təyin olundu

  • 26 noyabr 2026, 11:28

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat baş tutub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Rəvan Zeynalov SOCAR-ın Kompleks Qazma İşləri Trestində İnsan Resursları üzrə Biznes Tərəfdaşlığı və İnkişaf departamentinin rəhbəri vəzifəsinə təyin edilib.

O, bundan əvvəl 2023-cü ilin dekabrından 2026-cı ilin noyabrınadək SOCAR-ın Kompleks Qazma İşləri Trestində İnsan Resursları departamentinin rəis müavini, 2019-cu ilin noyabrından 2023-cü ilin dekabrınadək isə böyük insan resursları mütəxəssisi vəzifəsində çalışıb.

O, 2017-ci ilin noyabrından 2019-cu ilin noyabrınadək “Veysəloğlu” Şirkətlər Qrupunda HR Business Manager, 2018-ci ilin iyunundan 2019-cu ilin sentyabrınadək isə “OBA” marketlər şəbəkəsində İnsan Resursları departamentinin rəhbəri olub.

Bundan əvvəl, 2016-cı ilin mayından 2018-ci ilin iyulunadək “Favorit Market”də HR direktoru, 2015-ci ilin avqustundan 2016-cı ilin aprelinədək “TAAC” DMCC Holding-də HR koordinatoru, 2011-ci ilin dekabrından 2015-ci ilin avqustunadək “ANC Group”da HR direktoru vəzifələrində çalışıb.

Rəvan Zeynalov əmək fəaliyyətinə 2011-ci ilin martında “TuranBank” ASC-də kredit mütəxəssisi kimi başlayıb və həmin ilin oktyabrınadək bu vəzifədə çalışıb.

Rəvan ZeynalovRəvan Zeynalov

Skat.az - Ev və Avtomobil elanları