SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
ADSEA-nın tabeliyindəki qurum Şuşada qanunsuz su xətti çəkdiyinə görə CƏRİMƏLƏNDİ

ADSEA-nın tabeliyindəki qurum Şuşada qanunsuz su xətti çəkdiyinə görə CƏRİMƏLƏNDİ

  • 28 noyabr 2026, 09:32

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) protokol tərtib edib. 

Protokola və ona əlavə edilmiş sənədlərə əsasən, Yevlax-Xocalı-Laçın avtomobil yolunun 133-cü kilometrliyində ayrılan Y-58-06 Qaladərəsi avtomobil yolunun 0-1 kilometrliyində (Şuşa rayon inzibati ərazi dairəsi) yolun solunda, müvafiq icazə almadan su (kommunikasiya) çəkilib. 

Buna görə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Şuşa Rayon Məhkəməsinin qərarı ilə qurum 3 min manat cərimə edilib.

Skat.az - Ev və Avtomobil elanları