SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Yevlaxda təmir işlərinə 3 şirkətə 2 milyon manata yaxın ödəniş olunacaq

Yevlaxda təmir işlərinə 3 şirkətə 2 milyon manata yaxın ödəniş olunacaq

  • 27 noyabr 2026, 23:59
Yevlax

Yevlax şəhərində təmir işləri ilə bağlı 3 irihəcmli müqavilə imzalanıb.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Yevlax şəhərində bir sıra təmir və abadlıq işlərinə başlanılır.

Belə ki, qurum Yevlax şəhərində abadlıq işlərinin görülməsi ilə əlaqədar “Proqress İnşaat EN” şirkəti ilə 420 min 727, Yevlax şəhərində yolların əsaslı təmir işləri ilə əlaqədar “Təmir-İnşaat” şirkəti ilə 1 200 965, çoxmənzilli yaşayış binalarının fasadlarında əsaslı təmir işləri ilə bağlı isə “Qara Qaya” şirkəti ilə 268 min 362 manatlıq müqavilə bağlayıb.

Bağlanmış müqavilələrin ümumilikdə maliyyə dəyəri 1 milyon 890 min manat olaraq müəyyənləşib.

Skat.az - Ev və Avtomobil elanları