Almaniyanın iri enerji şirkəti olan Uniper SE-nin əsasən beynəlxalq enerji ticarəti, təchizatı və qaz idxalı ilə məşğul olan törətmə strukturu “Uniper Global Commodities SE” şirkətinin Azərbaycandakı nümayəndəliyini ləğv edir.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.
Elanda deyilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 96E, mənzil 19 ünvanına bildirə bilərlər.