SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Bulvarda dənizdə batan gənc belə xilas edildi - VİDEO

Bulvarda dənizdə batan gənc belə xilas edildi - VİDEO

  • 20 iyun 2026, 08:48
Bakı

Xəzərdə batma təhlükəsi olan gənc xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində dənizdə batma təhlükəsində olan 2008-ci il təvəllüdlü Nəsirli Sadiq Elnur oğlu dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bulvarda dənizdə batan gənc belə xilas edildi - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları