SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bakıda küçə geoloji tədqiqat işlərinə görə aylardır bağlıdır - VİDEO

Bakıda küçə geoloji tədqiqat işlərinə görə aylardır bağlıdır - VİDEO

  • 18 oktyabr 2026, 18:34
Bakı

Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Cavidan İbrahimli küçəsi aylardır bağlanıb.

Yurd.Media xəbər verir ki, ərazi beton piltələrlə bağlanıb.

Sakinlər deyirlər ki, gündəlik gediş-gəliş yolları olan ərazidə heç bir təmir işinə başlanmayıb. Aşağıdan keçən yollar tıxac, yuxarıdakı alternativ yol da aylardır ki, bağlıdır.

Fövqəladə Hallar Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, məsələ ilə bağlı aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir. Bu çərçivədə, Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiya şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. İşlər yekunlaşdıqdan sonra müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bakıda küçə geoloji tədqiqat işlərinə görə aylardır bağlıdır - VİDEO
Skat.az - Ev və Avtomobil elanları