SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Gəncədə parkları işıqlandıran dirəklərdə təhlükəli vəziyyət – VİDEO

Gəncədə parkları işıqlandıran dirəklərdə təhlükəli vəziyyət – VİDEO

Gəncə

Gəncə şəhərində bir sıra ərazilərdə, xüsusilə parklarda işıq dirəklərinin naqil qutularının açıq vəziyyətdə olması təhlükəli vəziyyət yaradır.

Yurd.Media-nın apardığı müşahidələrə görə, şəhərin müxtəlif yerlərində işıq dirəklərinin elektrik naqillərinin yerləşdiyi qutuların qapaqları açıqdır. Bu vəziyyət xüsusilə azyaşlı uşaqların çox olduğu park ərazilərində risk yaradır, naqil qutularının açıq qalması isə insanların, xüsusilə uşaqların elektrik naqillərinə toxunması ehtimalını artırır.

Xüsusilə yağışlı günlərdə açıq qalan naqil qutularına suyun daxil olması elektrik sızması və qısaqapanma riskini artıra bilər.

Skat.az - Ev və Avtomobil elanları