SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Gədəbəydə avtomobil yolu çöküb: Təhlükə hər gün böyüyür - VİDEO

Gədəbəydə avtomobil yolu çöküb: Təhlükə hər gün böyüyür - VİDEO

  • 24 noyabr 2026, 17:37
Gədəbəy

Gədəbəy şəhərində avtomobil yolunun bir hissəsinin çökməsi sakinlər üçün təhlükəli vəziyyət yaradıb.

Sakinlərin Yurd.Media-ya verdiyi məlumata görə, şəhərin Sabir Əliyev küçəsində yerləşən avtomobil yolu bir neçə aydır qəzalı vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, torpaq sürüşməsi nəticəsində yolun çökmüş hissəsi gündən-günə genişlənir. Vətəndaşların aidiyyəti qurumlara dəfələrlə müraciət etməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Sözügedən yol orta məktəbə gedən, şagirdlərin də istifadə etdiyi yollardan biridir. Bu isə vəziyyətin təhlükəliliyini daha da artırır.

Sakinlər yolun tamamilə dağılmasından və ağır yol-nəqliyyat hadisəsinin baş verməsindən ehtiyat edirlər. 

Skat.az - Ev və Avtomobil elanları