SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Smart dayanacaqlarda internet problemi nə vaxt həll olunacaq?

"Smart" dayanacaqlarda internet problemi nə vaxt həll olunacaq?

Bakıda ictimai nəqliyyatın inkişafı ilə bağlı sərnişinlərin avtobus gözlədiyi məkanların da müasir tələblərə uyğunlaşdırılması üçün 30-dan çox “smart” tipli avtobus dayanacaq pavilyonu quraşdırılıb.

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində quraşdırılan bu dayanacaqların üstünlüklərindən biri də açıq internet şəbəkəsinin olmasıdır. Lakin son dövrdə dayanacaqlarda Wi-Fi istifadəsi mümkünsüzdür. Belə ki, telefon internetə qosulsa da, heç bir sosial şəbəkələrə daxil olmaq, saytları açmaq mümkün deyil.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Media ilə əlaqələr şöbəsinin müdiri və mətbuat katibi Tural Orucov Yurd.Media-ya bildirib ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar internetə çıxış məhdudlaşdırılıb.

Skat.az - Ev və Avtomobil elanları