Azərbaycanın daha bir şəhərində yolların təmir olunmasına qərar verilib.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Goranboy şəhərində yolların əsaslı təmir işlərinə başlanılır.
Goranboy Rayon İcra Hakimiyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, təmir işlərini “Star Təmir Construction” şirkəti həyata keçirəcək.
Sözügedən təmir işlərinə 415 min 583 manat vəsait sərf olunacaq.