SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda hind mətbəxi restoranı bağladıldı - FOTO

Bakıda hind mətbəxi restoranı bağladıldı - FOTO

  • 06 may 2026, 18:06
Bakı

Bakıda hind mətbəxi təqdim olunan restoranda təmizlik, dezinfeksiya işlərinin aparılmadığı müəyyən olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Bakı şəhəri, Səbail rayonunda fəaliyyət göstərən “Dehli” ictimai iaşə müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb.

Bildirilib ki, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət göstərən müəssisə “Saeed And Co” MMC-yə məxsus olub.

"Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi olaraq təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən olunub.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb", - məlumatda qeyd olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları