Səhiyyə Nazirliyi daha bir mərkəzin inşasına başlayır.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycanda Metadon Mərkəzinin tikintisi işlərinə başlanılır.
Məlumata görə, sözügedən Mərkəzin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ərazisində tikintisi nəzərdə tutulub.
Belə ki, qurum tikinti işlərini “Sirius Construction” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən mərkəzin tikintisinə 849 min manat vəsait sərf olunacaq.