SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

Binəqədi Tibb Mərkəzi 30 min manat borca düşdü

  • 16 noyabr 2026, 16:03

“Ə.D. Məlikov adına Binəqədi Tibb Mərkəzi”nin dövlətə vergi borcu yaranıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, publik hüquqi şəxs olan tibb müəssisəsinin vergi borcu 29 849 manat təşkil edir.

Qeyd edək ki, Ə.D. Məlikov adına Binəqədi Tibb Mərkəzi Bakı şəhəri, Azadlıq prospekti 195 ünvanında yerləşir. Nizamnamə kapitalı 8,2 milyon manat olan müəssisənin direktoru Müşfiq Mirzəyevdir.

Müşfiq Mirzəyev 2024-cü ildə tibb mərkəzinə direktor təyin olunub. O, bundan əvvəl Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Skat.az - Ev və Avtomobil elanları