SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Qadın böyrəyini qazi olan ərinə verdi

Qadın böyrəyini qazi olan ərinə verdi

  • 08 noyabr 2026, 19:06
Gəncə

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib.

Yurd.Media "Oxu.az"a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1975-ci il təvəllüdlü Namiq Səidovun böyrəklərində problem yaranıb. Həkimlər onun səhhətinin yaxşılaşması üçün mütləq böyrək transplantasiyası məsləhət bilib.

Bunun üçün onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü İradə Səidova könüllü olaraq öz böyrəyini ona bağışlayıb.

Cərrahiyyə əməliyyatları uğurla başa çatıb.

Qeyd edək ki, N.Səidov birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.

Skat.az - Ev və Avtomobil elanları