2027-ci ildə Azərbaycanda onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən 65,9 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Yurd.Media xəbər verir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,45% çoxdur.
Ayrılacaq vəsaitin 64,3 milyon manatı Milli Onkologiya Mərkəzi, 1,6 milyon manatı isə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçündür.