2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8,6 milyon manat vəsait ayrılacaq.
Yurd.Media xəbər verir ki, bu barədə “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.
Sənədə əsasən, bu, 2026-cı illə müqayisədə 4,45% azdır.
Bu xərclərin məqsədi ölkədə əhalinin ixtisaslaşdırılmış oftalmoloji xidmətlə təmin edilməsi, göz patologiyası ilə mübarizədə elmi-metodik cəhətdən əsaslandırılmış tədbirlərin işlənilməsi, tətbiqi və gücləndirilməsi, respublikada ixtisaslaşdırılmış oftalmoloji yardımın təşkil edilməsidir.