Bir sıra klinikaların borcları üzə çıxıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycanda bəzi özəl tibb müəssisələri dövlət qarşısında borca düşüb.
Məlumata görə, bunlar aşağıdakılardır:
MedAura Klinikası: 505 791 manat vergi borcu - Qanuni təmsilçisi Mübariz İsbiyev;
RM Medicare Klinika: 32 152 manat vergi borcu - Qanuni təmsilçisi Simuzər Hüseynova;
Hind Klinikası: 13 233 manat vergi borcu - Qanuni təmsilçisi Ronald Austin D'Mello;
Yeni Həyat Klinikası: 7 522 manat vergi borcu - Qanuni təmsilçisi Ayxan Mehdiyev;
İstanbul Klinikası: 6 249 manat vergi borcu - Qanuni təmsilçisi Aynur Məmmədova;
Starlab Klinikası: 6 035 manat vergi borcu - Qanuni təmsilçisi Şükürəli Cəfərov;
R.A Stomatoloji Klinika: 731 manat vergi borcu - Qanuni təmsilçisi Raman Məhərrəmov.