SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Ürək sağlamlığını qorumaq üçün nələrə diqqət etməli? – Professordan məsləhətlər

Ürək sağlamlığını qorumaq üçün nələrə diqqət etməli? – Professordan məsləhətlər

  • 04 noyabr 2026, 23:28

Türkiyəli kardioloq, professor Bilal Boztosun ürək sağlamlığının mühafizəsində gəzintinin böyük rol oynadığını diqqətə çatdırıb.

Yurd.Media-nın məlumatına görə, o bildirib ki, gündəlik həyatda çox gəzməyə üstünlük verməliyik:

"Bədən çəkimizə də fikir verməliyik. Çəkimizi normal səviyyədə saxlayaq ki, sağlam yaşlanaq", - deyə professor qeyd edib.

Qəlbin dəyərini bilməyin zəruri olduğunu ifadə edən Boztosun ürəyin qorunmasında ən əhəmiyyətli addımların xolesterol, şəkər, təzyiq və stresə diqqət göstərmək, eləcə də tütün məmulatlarından uzaq durmaq olduğunu bildirdib.

"Orqanizmimizdəki bir sıra orqanlar cüt şəkildə mövcuddur. Lakin ürəyimiz yeganədir. Onu olduqca yaxşı mühafizə etməliyik. Bunun üçün ən əsas addım xolesterolə nəzarət etməkdir. Qan şəkəri və təzyiqimizi izləməliyik. Stress amillərindən və tütün məmulatlarının istifadəsindən qaçmalıyıq. Hamımıza məlumdur ki, müasir texnologiyaların inkişafına baxmayaraq, dünya üzrə ən geniş yayılmış ölüm səbəbi təəssüflər olsun ki, ürək-damar xəstəlikləridir. Burada ən vacib məqam odur ki, əgər ailədə irsi ürək xəstəliyi mövcuddursa, şikayətinizin olub-olmamasından asılı olmayaraq, tibbi müayinələri təxirə salmayın. Hər altı ayda bir və ya ən azı ildə bir dəfə müayinədən keçin", - həkim məsləhət verib.

Skat.az - Ev və Avtomobil elanları