Toyuq şorbasının qəbulu soyuqdəymə zamanı kömək etmir.
Yurd.Media xəbər verir ki, bu barədə Rusiyalı terapevt Aleksandr Myasnikov məlumat verib.
"Mən 1970-ci illərdə həyata keçirilmiş köhnə bir tədqiqatla tanış olmuşdum, həmin tədqiqatda toyuq şorbasının effektivliyini antiviral preparatlarla müqayisə edirdilər: iddia olunurdu ki, şorba dərmanlardan pis nəticə göstərmir. Ancaq nəzərə almaq lazımdır ki, o dövrdə antiviral preparatlar ümumiyyətlə heç bir təsirə malik deyildi", - deyə Myasnikov açıqlayıb.
Mütəxəssis qeyd edib ki, şorba soyuqdəyməni aradan qaldırmasa da, xəstəliyin daha rahat keçirilməsinə müəyyən dərəcədə yardımçı olur.