Azərbaycanda meşələrdə göbələk toplaması geniş yayılmış ənənə hesab olunur. Lakin insanların zəhərli göbələk növlərini düzgün tanıya bilməməsi və ya onları lazımi qaydada hazırlamaması ciddi sağlamlıq problemlərinə, hətta ölüm hallarına səbəb ola bilər.
Bəs göbələk seçimi zamanı hansı məqamlara fikir vermək lazımdır?
Yurd.Media xəbər verir ki, mövzu ilə əlaqədar qida sahəsinin mütəxəssisi Məhsəti Hüseynova şərh verib.
O qeyd edib ki, göbələk zəhərlənməsinin qarşısını almaq məqsədilə bir neçə əhəmiyyətli qaydalara riayət etmək gərəkdir. Hər şeydən əvvəl, yalnız tanıdığınız və təhlükəsizliyinə əmin olduğunuz göbələkləri yığmaq lazımdır. Mənbəyi məlum olmayan və sizə tanış olmayan göbələklərə toxunmaq belə qəti qadağandır.
"Həmçinin topladığınız göbələkləri yeməyə hazırlamazdan öncə düzgün istilik emalından keçirmək çox önəmlidir. Bəzi zəhərli növlər bişirildikdə zərərli xüsusiyyətlərini itirə bilər, ancaq bu qayda bütün göbələklər üçün doğru deyil. Göbələk toplama zamanı oxşar görünüşə malik olan zəhərli və yeməli növləri bir-birindən fərqləndirmək çətin ola bilər, ona görə də son dərəcə diqqətli olmaq tələb olunur. Göbələklərin düzgün şəraitdə saxlanılması da mühüm əhəmiyyət daşıyır, belə ki, zəhərli göbələklər vaxt keçdikcə digər qida məhsullarına da mənfi təsir göstərə bilər".
Mütəxəssis əlavə olaraq vurğulayıb ki, zəhərlənmə əlamətləri — ürəkbulanma, qusma və qarın nahiyəsində ağrılar baş verdikdə dərhal təcili tibbi yardım çağırmaq vacibdir.