Tədqiqatçılar ilk dəfə olaraq yuxu zamanı iki insan arasında ikitərəfli əlaqə yaratmağa müvəffəq olublar.
Yurd.Media xəbər verir ki, bu barədə "Daily Mail" "REMspace" şirkəti məlumat yayıb.
"REMspace" – yuxu keyfiyyətinin artırılması və şüurlu yuxugörmə texnologiyalarının işlənib hazırlanması üzrə fəaliyyət göstərən Kaliforniyada yerləşən startap şirkətdir.
Nəşrin verdiyi məlumata əsasən, mütəxəssislər xüsusi texniki avadanlıqdan istifadə edərək evin fərqli otaqlarında yuxuda olan iki nəfərin şüurunu bir-birinə bağlamağı və onlar arasında mesaj mübadiləsini həyata keçirməyi bacarıblar.
"REMspace"in baş direktoru və qurucusu Maykl Raduqa qeyd edib ki, əvvəllər yuxu zamanı ünsiyyət qurmaq elmi fantastika hesab olunsa da, yaxın gələcəkdə bu, adi bir hadisəyə çevrilə bilər.
Eksperimentdə iştirak edənlərin beyin dalğaları məsafədən serverə informasiya göndərən cihaz vasitəsilə monitorinq edilirdi. Təcrübə iştirakçılarından biri şüurlu yuxu mərhələsinə keçən anda server təsadüfi bir söz generasiya edərək onu qulaqlıq vasitəsilə həmin iştirakçıya çatdırırdı. Digər iştirakçı oyanandan sonra həmin sözü düzgün şəkildə təkrarlaya bilirdi.
Bundan əlavə, "REMspace" bu təcrübəni başqa bir cüt iştirakçı ilə də uğurla təkrarlayıb.