Səhər saatlarında baş verən öskürək ürək çatışmazlığının göstəricisi ola bilər.
Yurd.Media xəbər verir ki, bu məsələ ilə bağlı "Moskva 24" telekanalına kardioloq açıqlama verib.
Mütəxəssis qeyd edib ki, bu simptom əsasən ürək xəstəliklərindən əziyyət çəkən yaşlı şəxslərdə özünü biruzə verir. "Belə bir əlamət aşkar edilərsə, mütləq tibbi müayinədən keçmək lazımdır", - deyə kardioloq bildirmişdir.
"Əgər səhər saat 4-dən 6-ya qədər olan müddətdə insan öskürək nəticəsində nəfəs ala bilmirsə, ayaqlarını yerə sallayaraq oturmaq məcburiyyətində qalırsa və yalnız bu vəziyyətdə rahatlıq hiss edirsə, bu, "ürək öskürəyi, ürək astması"dır və ürək çatışmazlığının əlamətidir", - deyə həkim vurğulayıb.
Öskürəyin digər bir amili isə siqaret çəkmək ola bilər, belə ki, tütün məmulatları selikli qişalara qıcıqlandırıcı təsir göstərir.
Kardioloq əlavə edib ki, bu vəziyyətdə insanın bronxlarını təmizləməsi vacibdir.