SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Alimlər D vitamini əlavələrinin ürək sağlamlığına təsirini araşdırıb

Alimlər D vitamini əlavələrinin ürək sağlamlığına təsirini araşdırıb

  • 24 oktyabr 2026, 23:34

"Beth Israel Deaconess" Tibb Mərkəzinin mütəxəssisləri aşkar ediblər ki, iki il müddətində D vitamini əlavələrinin istifadəsi dozadan asılı olmayaraq ürək-damar xəstəliklərinin yaranma ehtimalını azaltmayıb.

Yurd.Media xəbər verir ki, bu barədə "American Journal of Preventive Cardiology" nəşri məlumat yayıb.

D vitamini əlavələrinin ürək üzərindəki təsirini dəyərləndirmək məqsədilə araşdırmaçılar maddənin daha yüksək dozalarının ürəyin zədələnməsini və gərginliyini əks etdirən qandakı iki spesifik zülalın konsentrasiyasını azaldıb-azaltmadığını öyrəniblər.

Aparılan təhlil böyükyaşlı insanlarda ürək-damar xəstəlikləri riskinin azaldılmasında D vitamini əlavəsinin effektivliyini sübut etməyib. Araşdırmaçılar bildiriblər ki, D vitamininin aşağı səviyyəsi ürək xəstəliyinin erkən əlamətləri ilə bağlıdır. Lakin iki illik müşahidə müddəti ərzində hədəfli əlavələr, dozadan asılı olmayaraq, ürək-damar sağlamlığının heç bir göstəricisinə müsbət təsir göstərməyib.

Skat.az - Ev və Avtomobil elanları