SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Qazlı içkilərin dişlərdən xərçəngə qədər zərərli təsirləri

Qazlı içkilərin dişlərdən xərçəngə qədər zərərli təsirləri

  • 23 oktyabr 2026, 23:45

Ölkəmizdə və bütün dünyada son dövrdə insanların qazlı içkilərə olan marağı sürətlə artmaqdadır.

Yurd.Media xəbər verir ki, mütəxəssislər qazlı içkilərin bir sıra ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini vurğulayır.

Qazlı içkilərdən birinci növbədə zərər görən orqan dişlərdir. Bu cür içkilərin tərkibində yalnız şəkər deyil, həm də diş minasını zəiflədən turşu mövcuddur ki, bu da kariyes yaranma ehtimalını artırır.

Belə içkilər xüsusilə uşaqların süd dişlərinə güclü təsir göstərir, çünki onların mina qatı daha incə olur.

Həkimlər bildirirlər ki, şəkərli qazlı içkilərin mütəmadi qəbulu həm artıq çəkiyə, həm də şəkərli diabet xəstəliyinin formalaşmasına gətirib çıxara bilər.

Bir qutu qazlı içkidə orta hesabla 35 qram şəkər olur ki, bu da təqribən altı çay qaşığına bərabərdir. Bu göstərici isə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik şəkər norması üçün tövsiyə etdiyi həddən yuxarıdır.

Bir sıra elmi tədqiqatların nəticələrinə əsasən, şəkərli sərinləşdirici içkiləri tez-tez istehlak edənlərdə mədəaltı vəzi xərçəngi riski xeyli yüksəkdir.

Qastroenteroloqlar qeyd edir ki, qlükozanın həddən artıq qəbulu ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilir. Bir çox qazlı içkidə olan fosfor turşusu kalsiumun mənimsənilməsinə maneə törədir və sümük sıxlığını azaldır. Karbon qazı isə mədənin fəaliyyətinə mənfi təsir edərək ürək yanması, gəyirmə və şişkinliyə gətirib çıxara bilər. Əgər insanın xroniki mədə-bağırsaq problemləri varsa, bu vəziyyət həmin xəstəliklərin kəskinləşməsinə yol aça bilər.

Nəzərə almaq lazımdır ki, bir stəkan şəkərli qazlı içki gündəlik tövsiyə olunan şəkər normasının təxminən 75 faizini təşkil edir.

Skat.az - Ev və Avtomobil elanları